Saturday, November 23, 2024

Latest Posts

“Ermənilərin arasında da yaxşı insanlar var, gərək Allahla danışasan“ – Mübariz Tağıyev

“İndiyə kimi ermənilərə etibar etmişik, bundan sonra etmək olarmı, ya yox, adam bilmir. Onların həftəsi 7 gün deyil, başlarını itiriblər, özləri də bilmir ki, nə edirlər. Sözün düzü, mən ermənilərə artıq inanmıram. Amma bir məsələ var ki, mənim onlara inanıb-inanmamağımın məsələyə heç bir aidiyyəti yoxdur, artıq qərar verilib”.
Bu sözləri Yenisabah.az-a Xalq artisti Mübariz Tağıyev deyib. Qarabağda aparılan antiterror əməliyyatından danışan sənətçi bunun zamanının gəldiyini bildirib. O, ermənilərə inanmadığını bildirib:
“Bu gün anım günüdür, minlərlə şəhidimiz, qaziimiz var, bu yolda görün nə qədər gənc vətəndaşlarımızı itirdik. Biz 30 il gözlədik, onlara sülh təklif etdik. Bu günə şükürlər olsun. Sonuncu antiterror əməliyyatlarından sonra mən də fikirləşdim ki, artıq uzun illər keçib, övladlarımız, hətta nəvələrimiz də böyüyüb, bundan sonra nə qədər dərd çəkəcəyik, artıq bəsdir. Görün, neçə illərdir bu gərginlik davam edir.
Bundan sonra ermənilərə inanmaq olar, ya olmaz bilmirəm, mən də orada doğulub-böyümüşəm, ermənilərin arasında da yaxşı insanlar var, gərək Allahla danışasan. Onların yaxşılarına da lənət, ancaq Qarabağda olan tör-töküntüləri onlar özləri də sevmirdilər, zəhlələri gedirdi. Bu bir siyasət idi, ortaya atdılar

Müğənni SSRİ dövründə ermənilərin azərbaycanlılarla sülh içərisində yaşadığını qeyd edib:

“Qarabağda yaşayan ermənilərin müsahibələrinə mən də qulaq asıram, yaşlı nəslin nümayəndələri həqiqəti danışırlar, SSRİ vaxtı onlar azərbaycanlılarla normal yaşayırdılar. Mən həmin vaxt Mahnı Teatrının kollektivi ilə birgə dəfələrlə Qarabağa getmişəm. Orada normal həyat davam edirdi. Hadisələr sonradan yavaş-yavaş başlandı, ssenari üzrə davam etdi. Çünki Qarabağ cənnət məkandır, oranın təkcə havası, suyu əvəzsiz deyil, torpağın altı da nemətlərlə doludur. Ermənilər hələ də başa düşmür ki, hər şey bitdi, vəssalam! Hələ də nə isə axtarırlar.

Hazırda ermənilərin əksəriyyəti Qarabağdan gedir. Mənə elə gəlir ki, onların çoxu bəlkə də getməzdi, sadəcə onların arasında içləri irinli olanlar hələ də var və beyinlərinə başqa şeylər yeridirlər. Onlara deyirlər ki, “Siz bundan sonra İrəvana ayaq basa bilməyəcəksiniz”, “Siz millətinizi danırsınız” və s. Tüpürüm sizin millətinizə!

Biz neçə illər müharibənin bitməsini gözləmişik, bu artıq olmalı idi. Ayrı yol yox idi. Torpaq uğrunda nə qədər şəhid verdik. Onların ailələri nə qədər dərdli olsalar da başlarını dik tutur. Mən dəfələrlə verilişlərdə şəhid anaları ilə birgə qonaq olmuşam, baxırsan ki, qadın əriyib gedib, 50 yaşlı qadın 80 yaşında görünür. Ancaq yenə də ana məğrurluğunu saxlayıb deyir ki, oğlum Vətən yolunda şəhid olub. Bax, ucalıq budur! Buna sevinmək lazımdır, bu millət həmişə qəhrəman millət olub. Bəzən çoxları tariximizi başqa tərəfə yayındırır, amma bu faktdır!

Sağ olsun, türk qardaşlarımız həmişə yanımızda oldular. Tək onlar yox, bizi istəyən dövlətlər yanımızda oldu. Bunları da qeyd etmək lazımdır, onlara hər zaman minnətdarlığımızı bildiririk”.

Latest Posts

Don't Miss