Telefon söhbəti deyil, sonra danışarıq” deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu?
BiG.AZ ted.az-a istinadən həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik:
* # 21 #
Bu kodu yığaraq zənglər, mesaj və digər məlumatlarınızın yönləndirilməsi barədə informasiya ala biləcəksini
* #62#
Bu kod şəxsi məlumatlarınızın tam olaraq kimə, yəni hansı nömrəyə yönəldiyini bildirir.
Qorxdunuz? – Sakit olun, çarəsi var…
##002#
Bu koddan istifadə edərək telefonunuzda istənilən yönləndirmə formasını deaktiv etmiş olursunuz.
Həm də bu koddan rouminqə daxil olmadan əvvəl istifadə edə bilərsiniz. O zaman, avtomatik səs poçtuna göndərilən zənglər üçün mobil operator tərəfindən vəsait tələb olunmayacaq.
*#06#
Bu kodu istifadə edərək İMEİ-nizi (mobil avadanlıq üçün beynəlxalq identifikator) öyrənmiş olursunuz. Bu nömrəni bilməklə, oğurluq halında smartfonunuzu tapa bilərsiniz. Telefon qoşulduğu zaman, SİM kartın olub-olmamasından asılı olmayaraq, geolokasiya mobil operatora göndərilir. Qeyd edək ki, İMEİ kodunuzu başqa biri bilirsə, cihazınızın modelini və xüsusiyyətlərini asan şəkildə öyrənə bilər.