Cəmiyyət

Qarabağda nə baş verir? – Rusiyanın ŞOK PLANI üzə çıxdı

Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, insanların bütün gecəboyu keçidi baş tutub.
Ermənistanın “Hraparak” nəşri yazıb ki, sentyabrın 24-də axşam saatlarına qədər artıq 1050 nəfər Qarabağdan Ermənistana köçmüşdü. Rusiya sülhməramlı qüvvələrin qərargahından news.am-in sorğusuna cavabda isə deyilib ki, Qarabağın müxtəlif yaşayış məntəqələrindən bazaya 2000 nəfərə yaxın mülki şəxs yerləşdirilib və təhlükəsizlikləri təmin olunub. Onlardan 311 nəfəri Ermənistana yola salınıb. Bazada qalan erməni mülki əhalinin sayı 711 nəfərdir.
Erməni politoloq Azat Adamyan yaşanan hadisələrə dair “İravunk” qəzetində yazıb ki, Qarabağın bu vəziyyətə düşməsinin günahkarı Ruben Vardanyan və ona dəstək verən Rusiya olub. O, hətta Ermənistanda keçirilən aksiyaların təşkilatçısının da Vardanyan olduğunu deyib. Adamyan qeyd edib ki, Vardanyanın hədəfi rusların planını icra edərək, Ermənistanda hakimiyyətə gəlməkdir.
Qarabağdakı informasiya mərkəzi məlumat yayıb ki, ermənilərin intensiv şəkildə Qarabağdan köçürülməsi üçün 30 avtobus ayrılıb. Bir sözlə, Qarabağdan köç başlayıb…

Back to top button