Amerikalı müğənni Lana Del Rey kafelərdən birində təsadüfən ofisiant işləməsindən danışıb.
OLAY yazır ki, sənətçi qardaşı və bacısı ilə bir neçə gün ard-arda Florensiyada bir müəssisədə olduğunu bildirib.
Lana sözügedən kafedə üç saat oturduğunu və həmin an işçilər ona müəssisənin adı yazılmış köynəyi hədiyyə etmək qərarına gəldilklərini deyib.
Bundan sonra kafe işçiləri Lana Del Reyə daimi ziyarətçilərdən birinə xidmət etməyi təklif ediblər. Sənətçi ona bir stəkan kola və sous qabı gətirib. Həmin gün restoranın əməkdaşlarından biri müəssisənin formasını geyinərək müğənni ilə şəkil çəkdirib və foto internetdə yayılıb.
“Təəssüf ki, albomum bu qədər viral olmadı. Ertəsi gün səhər 10 min mesajla oyandım. Yazanlardan bəziləri isə on ildir yazışmadığım insanlardan idi” – deyə sənətçi vurğulayıb.