28 yaşlı xüsusi təyinatlı zabit Rəsul Ağayev sağ-salamat tapılıb. Şəhid hesab olunan döyüşçü üç günlük axtarışlar nəticəsində aşkar olunub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, antiterror tədbirləri zamanı o, ayağından yaralanıb.
Qeyd edək ki, Rəsul Ağayevin iki qızı var. O, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır.
Şəkil döyüşçünün tapıldığı vaxt çəkilib.