Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sfera.az xəbər verir ki, 1977-ci il təvəllüdlü A.Məhərrəmova Binəqədi rayonunda yaşadığı evdə sirkə turşusu içib. Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə çatdırılan qadın vəfat edib. ƏtraflıMərhumun yaxınları isə onun tərəvəz turşusu bağlayarkən sirkəni səhvən içdiyini bildiriblər. Faktla bağlı araşdırma aparılır.