Hadisə

Bu küçənin sakinləri səhəri dəhşətli mənzərə ilə açdılar – İki maşın…

Bakının Xətai rayonunda iki nəqliyyat vasitəsində yanğın olub. Showaz.net APA-ya istinadən bildirir ki, yanğın Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində qeydə alınıb. İlkin məlumata görə, zibil qutusunda baş verən yanğın əvvəlcə “Opel” markalı minik avtomobilinə keçib. Daha sonra yanğın genişlənərək, minik avtomobilinin yanındakı “Hyundai” markalı avtobusa keçib.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xətai Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Back to top button