Gündəm

Azərbaycanı təmsil edən şəxsdən Arutyunyana qarşı maraqlı addım

Yevlaxa gələn ermənilər məsul şəxs Ramin Məmmədovu gözləyirlər. Gözləmədə saxlanmaları təqdirlayiqdir. Ermənilərin nümayəndəsi isə Artur Arutyunyandır. Arutyunyan bir neçə gün öncə separatçıların qondarma “dövlət naziri” təyin edilmişdi.

Tribunainfo.az yazır ki, siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, bizim üçün görüşdə separatçılıq fəaliyyəti olmayan erməninin iştirakı daha məqbul olardı, lakin bu, mövcud vəziyyətə uyğun atılan addımdır:

“Çünki separatçıların erməni əhalisi üzərində nəzarət etməsi onlar arasından müstəqil nümayəndələrin tapılmasını mümkünsüz edib.

Gündəlik bəllidir: separatçı rejimin ləğv edilməsi, erməni əhalisinin reinteqrasiyası, ermənilərə Azərbaycanda digər azsaylı xalqların malik olduğu hüquqların verilməsi və s; Bunun alternativi yoxdur”.

Back to top button