Şou-biznes

Əməkdar artist: “Oğlum dünyasını dəyişəndən sonra həyat yoldaşı…”

Əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edən oğlu barədə danışıb.

Showaz.net Yenicag.az-a istinadən xəbər verir ki, aktyor “O üz” verilişində oğlundan ona yadigar qalan əşyalardan danışaraq göz yaşı töküb:

“Oğlum dünyasını dəyişəndən sonra həyat yoldaşı mənə ondan yadigar qalan iki əşya gətirib verdi. Gəlinim dedi, ata, bunları özündə yadigar saxla. Biri onun ən çox sevdiyi və istifadə etdiyi kəməri idi, digəri isə bir kağız parçası. Açıb oxudum. Vaxtilə bu kağıza vəsiyyətimi yazıb, ona vermişdim. Taleyin işinə bax ki, o, məndən qabaq dünyasını dəyişdi”.

Qeyd edək ki, Əməkdar artistin ikinci oğlu Emil Rəhmanov sentyabrın 20-də dünyasını dəyişib.

Back to top button