Sunday, November 24, 2024

Latest Posts

Diqqət! Koronavirusun “Eris” variantı ilə bağlı YENİ AÇIQLAMA

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Türkiyədə də görülən “Eris” variantı ilə bağlı yeni məlumat paylaşıb.

showaz.net AZXEBER.COM-a istinadən xəbər verir ki, səhiyyə naziri Fahrettin Koca “X” hesabından Türkiyədə də görüldüyünü açıqladığı koronovirusun “Eris” variantı ilə bağlı yeni açıqlama verib.

O, açıqlamasında bunları deyib:

“Koronavirus epidemiya başlayandan bəri daim mutasiyaya uğrayıb. Omicron variantından sonra sadə tədbirlərdən başqa bütün dünya normal vəziyyətə qayıtdı. Virus tamamilə yox olmur. Ümumiyyətlə, o, tədricən daha zəif variantlara çevrilir. “Eris” adlı variant, həyatın normal davam etdiyi ölkələrdən sonra məhdud sayda bizdə də görüldü. Narahat olacaq bir şey yoxdur. Alimlər bu haqda danışa bilər, amma xalqımız üçün gündəmdə olmağa dəyməz”.

Latest Posts

Don't Miss