“Gecələr kişilərdən zənglər gəlirdi… Türkiyəyə getdi və…” – Arvadını öldürən DEPUTATDAN ŞOK ETİRAFLAR
Rusiyanın Çelyabinsk vilayətində məhkəməsi, arvadını öldürməkdə təqsirləndirilən Lokomotiv şəhər dairəsi deputatları məclisinin üzvü və yerli xəstəxananın baş həkimi Azat Zaripovu iki ay müddətinə həbs edib.
Məhkəmə prosesində 50 yaşlı Zaripov günahını etiraf edib
Dindirmə protokolundan aydın olur ki, həyat yoldaşı Yelena istirahət etmək üçün Türkiyəyə getdikdən sonra ailədaxili mübahisələr başlayıb. Tezliklə millət vəkili onun animatorla yazışmalarını görüb.Tədricən ticarətlə məşğul olmağa başlayan qadına ünsiyyətdə olduğu kişilər tərəfindən gecələr zənglər gəlməyə başlayıb. Bir gün qadın uşaqları götürüb yaxın günlərdə Novosibirskiyə birinin yanına getmək istədiyini söyləyib.
Deputat mağazaya girib spirtli içki alıb. Evə sərxoş halda qayıdıb həyat yoldaşı ilə mübahisə edib və çox qəzəblənib, buna görə də onu və özünü öldürmək qərarına gəlib. Bu məqsədlə kişi zirzəmidəki tüfəngi və patrondaşı götürüb. Qeydiyyatdan keçən silah ov üçün nəzərdə tutulub. Bundan əlavə, müstəntiqlərin fikrincə, Zaripov tüfəngin lüləsini Elenanın qarnına dayayıb. Həmin an qadın silahı geri itələyəyib və atəş açılaraq ayağına dəyib.Qadın yerə yıxılıb və əri yenidən onu təkrar güllələyib. Cinayət onların uşağı gözü qarşısında baş verib. Deputat qayınatasına zəng edərək arvadını öldürdüyünü deyib. Tezliklə o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Hadisə avqustun 21-də məlum olub. Cinayətin Çelyabinskidə Sovetski rayonunun, Lokomotivnı kəndində yerləşən bir evin mənzilində baş verdiyi aydınlaşıb