Şou-biznes

Hamamda gizli şəklimi çəkmək istəyirlər – Aktrisadan ŞOK AÇIQLAMA

“Əziz və gözəlliyimin paxıllığını çəkən xanımlar, sizdən heç vaxt gözəllik sirlərimi gizlətməmişəm, həmişə səhifəmdə paylaşmışam. Etikanın nə olduğunu bilməyən xanımlar geyim və duş otağında gizli şəklimi çəkməyə çalışırlar. Ümumiyyətlə, hər yerdə gizli şəklimi çəkmək istəyən şərəfsizlər var”.

Bu sözləri “Vicdan haqqı” serialında Larisa rolunu canlandıran aktrisa Çimnaz Sultanova deyib. Tanınmış aktrisa sosial şəbəkədə bəzi xanımların onun paxıllığını çəkməsindən gileylənib. Aktrisa plastik əməliyyat etdirməsi ilə bağlı iddialara belə cavab verib: “Plastik əməliyyat etdirsəydim, sizdən gizlədərdim? Əksəriyyəti düşünür ki, həkimlərin reklamına çəkilmişəmsə, deməli, plastik əməliyyat etdirmişəm. Əsla! “Plastik əməliyyat etdirib” yazan paxıl xanımlar, sakitləşin. Bilin ki, paxıllıq insanı qocaldır. Sevgi isə cavanlaşdırır və gözəlləşdirir”.

Back to top button