23 yaşlı milyonçu onunla sevgili olan şəxsə ildə 60 000 funt-sterlinq (134 min manat) verəcəyini açıqlayıb.
Milyonçu olduqdan sonra xoşbəxt yaşaya bilmədiyini deyən Ceyn onu həqiqətən sevəcək kişiyə sərvətindən pay verməyə hazır olduğunu deyib. “Deyli Mirror” qəzetinə müsahibə verən 23 yaşlı sərvət sahibi bu payın qarşılığında sadəcə sədaqət tələb edir.
Qeyd edək ki, Ceyn Park 17 yaşında ikən lotereyanın şanslı qalibi olub. O, televiziya ulduzu Sam Callahan ilə sevgi münasibətləri yaşayıb. Lakin Sam onu aldadıb və buna görə cütlük ayrılıb.
Sədaqətin puldan daha dəyərli olduğunu bildirən Ceyn bir internet səhifəsi vasitəsilə ona elçi düşən şəxslərlə tanış olub kiminlə evlənəcəyinə qərar verəcək.(publika.az)