Monday, November 25, 2024

Latest Posts

Vəfa Zeynalovadan ŞOK etiraf: Xəyanət etmişəm…

“Efirə getməyi sevmirəm deyil. Xoşlayıram tamaşaçı qarşısına işlə çıxım. Son vaxtlar işsizlikdir. Deyirəm nədən danışım? Nə edəcəm, yeni işim yoxdur, təqdim edə bilmirəm. Eyni zamanda seçiciyəm. Öxümü görmədiyim yerdə olmaq istəmirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Səhər mərkəzi” proqramında deyib. Aktrisa efirə çıxmamasının səbəbini açıqlayıb.

Aktrisa yeni bir işi olmadığı üçün tamaşaçı qarşısına çıxmaq istəmədiyini bildirib:

“Rejossordan yeni təklif gözləyirik. Mənə uyğun təklif olarsa, vicdanla oradayam. Tamaşaçını aldatmaq olmaz. O qədər düzgün çatdırmalıyam ki… Özüm razı qalmayanda həmin gecə yata bilmirəm. Düşünürəm ki, düz iş görmədim, sənətimə xəyanət etdim. Ssenari, ətrafdakı qrup və tərəf müqabili qane etsə, peşəkar iş gözləyirəm, çox gözləyirəm. Ürəyim istəyən işin içində olmadığıma görə düzgün kollektivdə işləmək istəyirəm”.

V.Zeynalova serialların hazırki durumundan gileylənib:

“Maraqlı, iddialı ideyaları olan gənclər var. Seriallardan razı olub-olmamağımın iki tərəfi var. Desəm ki, yox, hamı mənimlə razılaşacaq. Razıyam, nədən? Uşaqların gördüyü işdən razıyam. Komanda o işləri görür, xırda büdcələrlə nələrsə yaradırlar. Serial bazarını gözdən keçirsək acınacaqlı haldır. Keyfiyyətdən narazıdırlar, amma bilmirlər nə əziyyətlərlə onu edirlər”.

Latest Posts

Don't Miss