Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı arasında məhkəmə prosesi uzun müddətdir ki, davam edir.
Oxu.az-a açıqlama verən Xalq artisti Flora Kərimova Afətlə aralarındakı münasibətin necə məhkəmə həddinə gəlib çıxması barədə danışıb:
“O məni təhqir etdi. Mən ona nə dedim ki? Dedim, Nəsiminin şəxsiyyəti tarixdən silinməsin deyə onu yaddaşlarda qoruduq, dedim, “qızım, eləmə bunu”. Nələr dedi mənə, nələr! Ona deyiblər ki, “Onun xasiyyətini bilmirsən? Qorxmursan ki, səninlə bağlı ölçü götürər?” Deyir, “Yox, onun hürməyi var, tutmağı yoxdur”. Sən əminsən ki, mən tuta bilmirəm? Mən tutanda parçalayıram. Hücum edirəm, boğazından, xirtdəyindən tutub parçalayıram. O xirtdəyi üzməyənə qədər əl çəkmirəm. Özü də deyirdi ki, “İndiyə qədər mən mahnılar oxuyurdum, ancaq məni tanımırdılar, mən qazana bilmirdim. “Pəncu-şeş” mahnısını oxuyan kimi məni tanıdılar.Deməli, sən Nəsimini, mədəniyyətimizi, musiqi tariximizi bir qazancına qurban verdin? Bir cibinə qurban verdin? Bir tikə çörəyə qurban verdin? Utanmadın? Bunun heç bir dəftərdə adı yox idi deyə bu fürsətdən istifadə etdi, özünü tanıtdı. Afət, özünü tanıda bilərsən, bəs özünü sevdirə bilərsənmi? Bir müğənni kimi qəbul oluna bilərsənmi? Gəldin, özünü qoydun mənim səviyyəmə, qalxa bildinmi? Yenə də mənim hesabıma səni tanıdılar. Deyir ki, mənim çörəyimə bais olursan. Mən nə etməli idim? Mən vokal sənətində yeganə qalmışam. Hamı getdi, hamı dünyasını dəyişdi.
Mən tarixi vəzifəmi yerinə yetirirdim. Sənətinə biganə yanaşan bir-iki adam varsa, mən də dünyadan köçdümsə, dinməyəcəklər. Çünki sənin kimi dilini, sözünü bilməyən, böhtana əl atan çox adam var. Mən səni harada təhqir etdim? Mən təhqirə təhqirlə cavab verirəm. Çıxar, göstər, mən səni harada təhqir etdim? Sən isə məni sözlərinlə küçə qadını etdin. Və cavabını da aldın”.
Xalq artisti açıqlamasında Afəti üzr istəsə də, bağışlamayacağını bildirib: