Türkiyənin tanınmış aparıcısı Mehmet Ali Erbil bir müddət əvvəl gərginlik yaşadığı müğənni Ece Ronayla bağlı diqqətçəkən açıqlamalar verib.
Aparıcı bildirib ki, Ece Ronay zəng edərək onu evinə qonaq dəvət edib. “Nişanlısı olmasaydı, evinə getsəydim, aramızda nəsə ola bilərdi” deyən Mehmet Ali Erbil Ronayla tanışlığından danışıb:
“Bir-birimizi izləmirdik, təsadüfi yazdı. Mənə klipində çəkilməyə dəvət etdi. İki fərqli nəsil olduğumuz üçün maraqlı olacağını düşündüm, qəbul etdim. Klip çəkilişi zamanı Ronayla yaxınlaşdıq. O çəkiliş zamanı rahat olmaq istədiyi üçün nişanlısını çəkiliş meydançasına qoymurdu. Klip çəkilişindən sonra qız dekolteli paltarda mənə zəng edib evinə dəvət etdi. Hansı kişi buna laqeyd qala bilərdi? Gecə yarısı səni niyə öz evinə dəvət etsin? Siyasi söhbətlərdən danışmaq üçün? Mütləq nəsə var idi, deməli…
Köməkçim Nuray mənə dedi ki, bu qız səni tələyə salmağa çalışır. Gəl ona biz tələ quraq. Sonra Nuray qıza “gələcəyəm” dedi. O da mesajı bəhanə edib, “mənə sataşdı” deyərək məni məhkəməyə verib”. / Metbuat.az