“Mən onu təbrik etməyəcəyəm. Çünki o məni altı ildir təbrik etmir. Əgər yeddi, səkkiz ilimi doldurmasa, mənim üçün bacım yox, atamın, anamın qızı olacaq”.
Bu sözləri əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan “Elgizlə izlə” verilişinə verdiyi açıqlamasında deyib.
“Biz elə bacılarıq ki, bir-birimizə hörmət edirik. Mən ona Elza xanım deyirəm. Bunu elə-belə demirəm. O bunu qazanıb. Məndən üzr istəsin. Onu bağışlayacağam. Vəssalam! Mən darıxmışam. Artıq Elzasılığa öyrəşdim. O mənim sənət əsərimdir. İlhamə xanım bir dəfə mənim üçün əl çaldırdı ki, belə bacı yoxdur. O görrüdü mən Elza Seyidcahanın zəhmətini necə çəkirəm. Daha ağlamıram. Mənim üçün çox çətin oldu, amma öyrəşdim”. – deyə Lalə Seyidcahan söyləyib.
Əməkdar artist Elza Seyidcahan isə kövrələrək bacısının şən və xoşbəxt olduğu üçün sevindiyini bildirib:
“Elzasızlığa öyrəşdiyini yaxşı etiraf etdi. İstəyirəm ki, mənsizliyə öyrəşsinlər. Yamında olanda mənə də onlara da çətin olur. Sevinirəm ki, özünün işi və ətrafı var”. / Olay.az