CəmiyyətŞou-biznes

ABŞ prezidenti tərəfindən təltif edilən lənkəranlı qızın uğuru – FOTO

ABŞ prezidenti tərəfindən təltif edilən Qərənfil Həsənovanı tanıyaq. Həsənova Qərənfil Vaqif qızı 1991-ci ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub.Orta təhsilinə xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb. Əvvəlcə, Veravul 2 nömrəli tam orta məktəbində, daha sonra Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada oxuyub. 2007-ci ildə isə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib.Q.Həsənova ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramını qazanaraq 2007-2008-ci tədris ilində Pensilvaniya ştatında “New Oxford High School”da XII sinifdə təhsil alıb və yaşadığı şəhərdə Azərbaycan mədəniyyətini tanıtdırdığına və könüllülük fəaliyyətinə görə ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən “Prezidentin fəxri döş nişanı” ilə təltif edilib.2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (indiki UNEC) “Beynəlxalq Münasibətlər və İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili alıb.2013-2015-ci illərdə isə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində “İctimai İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb.Hazırda Amerikanın dünyaca tanınmış “Blackstone” şirkətində çalışır.Azərbaycan, ingilis, türk, rus və fransız dillərində sərbəst danışır.(Bizim Lənkəran)

Back to top button