Sunday, November 24, 2024

Latest Posts

Region qorxu içində: Fəsadlar Azərbaycan sərhədlərinə çatacaq – FOTO

Uzun müddətdir ki, nüvə fəlakəti ehtimalı ilə gündəmdə olan Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı son açıqlamalar region ölkələri tərəfindən narahatlıqla müşahidə edilir.

Rusiya KİV-ləri xəbər verir ki, stansiyasının partlayacağı təqdirdə nüvə sızmasının təsirləri Azərbaycan sərhədlərinə kimi gəlib çata bilər.Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın nəzarət etdiyi elektrik stansiyasının damına partlayıcı yerləşdirdiyini və stansiyanı partlatmağı planlaşdırdığını iddia edib. Ukrayna ordusu da stansiyadakı iki reaktorun damına partlayıcı maddələrin qoyulması ilə bağlı iddianı təkrarlayıb. İddia edilir, Rusiya stansiyasını partladıb, hücumun Ukrayna tərəfindən təşkil olunacağını iddia edəcək. Rusiya isə Ukrayna ordusunun atom elektrik stansiyasına hücum planlaşdırdığını iddia edib.

Rusiyanın “Rosenerqoatom” Atom Enerjisi Agentliyinin müşaviri Renat Karçaa qeyd edib ki, Ukrayna mənzilli silahlarla stansiyaya kamikadze hücumu təşkil etməyi planlaşdırır.Bildirilir ki, elektrik stansiyası partlayarsa, bu, 1986-cı ildə Çernobıl faciəsindən sonra ən böyük nüvə sızması olaraq bütün regiona təsir edəcək.Rusiyalı mütəxəssis İqor Nikulin Rusiya mətbuatına verdiyi açıqlamada Zaporojyanın partlaması halında radioaktiv sızıntıdan təsirlənəcək ölkələri sadalayıb.

Nikulin mümkün partlayışdan Qara dəniz sahilindəki bölgələrin də çox təsirlənəcəyini vurğulayıb. Rusiyalı ekspert ən çox təsirlənəcək yerlərin Xerson, Odessa və Krım olacağını, radiasiyanın Bolqarıstan, Rumıniya və Türkiyəyə çatacağını bildirib. Küləyin istiqamətindən asılı olaraq radioaktiv buludlar Polşa, Rumıniya və Macarıstana da çata bilər. Rusiya hökumətinə yaxın xəbər saytı olan “Life”da dərc olunan xəritə də zərərlərin Gürcüstan və Türkiyənin şimal və mərkəzi bölgələrinə təsir edəcəyi qeyd edilir.

Metbuat.az

Latest Posts

Don't Miss