Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.
Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Belə ki, ilin tələbəsi adına Səbinə Feyzullayeva layiq görülüb. O, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb. Bu il isə 98,21 balla ATU-dan məzun olub.
Səbinənin iş və təhsil karyerasını Almaniyada davam etdirəcəyi bildirilir.