Sunday, November 24, 2024

Latest Posts

Türk alimin Bakıda zəlzələ ehtimalı ilə bağlı fikirlərinə Yetirmişlidən QƏRİBƏ CAVAB

“İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda iyunun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.

“Fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu absurddur. Ona görə deyirəm ki, şayiələrə qəti inanmayın”,- deyə o bildirib.

Xatırladaq ki, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngör Azərbaycanda 7,5 bala qədər zəlzələ olacağı ilə bağlı proqnozunu vermişdi. Türkiyəli alimin bu sözlərini AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli təkzib etmiş, hətta “o adında biri” haqda heç vaxt eşitmədiyini demişdi.

Latest Posts

Don't Miss