Saturday, November 23, 2024

Latest Posts

Qəbələdə qızı üçün cehiz almağa gedən ana lüks avtomobil uddu – FOTO

Tanınmış mağazanın “Şeş-Qoşa” kampaniyasında nəhayət elektromobil ilk sahibini tapıb.

Belə ki, mağazanın Qəbələ mağazasına soyuducu almaq üçün gələn Gülarə Cəlalova məhsul dəyərinin 100%-i geri alıb, üstəlik həftənin finalında “Şeş-qoşa” ataraq builki kampaniyada ilk elektromobilin sahibi olub.Hal-hazırda heç yerdə işləmədiyini bildirən şanslı qalib, uduşun onun üçün gözlənilməz olduğunu bildirərək sevinc emosiyalarını gizlədə bilməyib: “Kontakt”ın daimi müştərisiyəm. Əvvəl də ordan qabyuyan, ütü, tava almışam. Bu dəfə qızıma cehiz üçün soyuducu alırdım. Əllərimi açıb dua etdim və 3 dəfə şeş (altı), finalda isə şeş-qoşa atdım. Ağlıma gəlməzdi ki, avtomobil qazanaram. Dualarım eşidildi. Ailəlikcə çox sevindik. Elə maşını da ailəvi olaraq istifadə edəcəyik”.Gülarə xanımdan başqa 4 nəfər finalda bəxtini sınayıb, qalib olmağa çox yaxın olsalar da zərlər Gülarə xanımın üzünə gülüb. Digər iştirakçılar isə məbləğin 100 %-i geri almaqla kifayətləniblər.

Latest Posts

Don't Miss