Sunday, November 24, 2024

Latest Posts

Ərim həyatıma mane olurdu, mən də boşandım – Dilarə Kazımova

“Həyatımda nə baş verdisə 2014-cü ildə oldu. “Avroviziya”ya qatıldım, ailə qurdum. Çox şad idim ki, həyatımda bu yarışma oldu. Hətta fikrimdə yenidən getmək də var. Elə bil, özümü yenə də təsdiq etmək istəyirəm, amma bu dəfə fərqli bir üslubda. Bilirəm ki, bunu edə biləcəyik”.

Bu sözləri “Avroviziya 2014” təmsilçimiz Dilarə Kazımova “AStar” verilişində qonaq olarkən deyib. Müğənni ilk dəfə keçmiş həyat yoldaşından boşanma səbəbini açıqlayıb:

“Bəli, o vaxt ailə qurdum və 2 il sonra boşandıq. O, fəaliyyətimə manə olurdu və buna görə də ayrıldıq. Əvvəlcədən hər şey çox gözəl idi. Hətta “Avroviziya” olanda mənə çox dəstək olmuşdu. Amma sonra nəsə onun beynində döndü. Bilmirəm niyə, başladı fikirləşməyə, qısqanclıq çox oldu, yersiz, səbəbsiz. Hətta ona deyirdim ki, özünə günah qazanırsan, çünki səbəb yoxdur. Məsələn, obrazım, geyindiyim kofta, suallar, yanımdakı kimsə mənəim xoşuma gələ bilməzdi. Sənət insanlarına çox şeylər sadə gəlir. Amma insanlar bu peşəyə yaxın olmayanda onlar fərqli yanaşırlar. Bizi sevən insanlar başlayırlar kommentlər oxumağa. Həmişə deyirəm ki, oxumayın. Mən öyrəşmişəm, indi çox yazmırlar, amma yazanda da görürəm ki, mənə yaxın insanlar çox əsəbiləşirlər, cavab verirlər. Deyirəm ki, oxumayın. Mənə yox, amma yanımdakı insanlara təsir edir. Çünki onlar bunu çox ciddi qəbul edirlər. Bu səhnədir, ona əyləncə kimi yaxınlaşmaq lazımdır.

Çətin ayrıldıq. Bizi elə böyüdüblər ki, ailəni axıra qədər saxlamalısan. Biz də belə böyümüşük. Ona görə çalışmışdım, axıra qədər, necəsə yola verim, amma gördüm ki, alınmır. Səsimə də təsir etməyə başlamışdı. Axı sən kiminsə üstünə qışqıranda, dava edəndə emmossiyalarını, səsini itirirsən. Başa düşdüm ki, artıq tədbirlərə də gedə bilmirəm, səsim tutulub. 

6 aya özümə gəlmişdim. Həqiqətən başa düşə bilmədim ki, nə səbəbə oldu. Səbəbsiz olmağı da mənə pis təsir etmişdi. Qısqanclığa görə oldu. Məsəslən, böyük tədbirlərdə ifa edirsən və ətrafında kişilər olur, onlar sənə hədiyyələr göndərirlər, baxırlar. Bu, elə bəlkə məndə də qısqanclıq yaradardı. Səhnə insanı olmasaydım, bilmirəm necə qəbul edərdim, çünki özüm də çox qısqancam. Mən elə özüm də onu qısqanırdım. Səbrim çatmayanda bunu büruzə verirdim. Hədiyyələri əldə olanda qəbul etmirdim. Boşananda soruşmuşdum ki, boşananların sayı çoxdur? Demişdilər, həddindən artıq”.

Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla 2014-cü ildə ailə qurmuşdu. 

Latest Posts

Don't Miss