Saturday, November 23, 2024

Latest Posts

Elza başına toyuq qoymasından danışdı: Batırsaydı varlı olacaqdım

Əməkdar artist Elza Seyidcahan yaradıcılığı və şəxsi həyatı ilə bağlı verdiyi açıqlamaları ilə gündəmə gəlib.
Bu barədə sənətçi qonaq olduğu “13 sual” verilişində danışıb.
Elza “İllər əvvəl təklif olunsa, səhnəyə lüt çıxaram” sözlərinə belə aydınlıq gətirib:
“Efirlərdə xarici müğənnilərin görüntülərinə baxırıq və onların geyimləri bizi o qədər cəlb etmir, nə qədər rəqsləri və səhnə perfomansları. Onların çılpaqlıqlarına baxmıram. Hər yerin öz geyimi var. Mən demirəm ki, hansısa məbləğə səhnəyə lüt çıxaram. Bir var sənət üçün doğulanlar, bir də var ki pul qazanmaq üçün sənətə gələnlər”.
Başına diri toyuğu qoyaraq yeni obraz yaradan Əməkdar artist etdiyi bu hərəkətinə isə belə “don geyindirib”:
“Əgər başıma qoyduğum o toyuq batırsaydı, varlı olacaqdım. Bunu sınamıram… Amma əgər quşlar gəlib avtomobilimin üstünə otururlarsa, həmin gün əlimə pul gəlir. Həmişə də belə olur. Əgər tovuz quşunu başıma qoymaq lazım olacaqsa, onu da edəcəyəm”.
Seyidcahan onu toylardan “vuran” kişi həmkarından da söz açıb:
“Arzu edirəm ki, zaman gəlsin, prezident təqaüdü alım, toylara getməyim. Bəstəkarlığım ilə məşğul olum. Bu yaxınlarda yəhudi bacılar Moskvadan gəlmişdi. Dedilər ki, biz sizi toyumuzda görmək istəyirdik, amma bir müğənni dedi ki, Elza olmasın o məclisdə. Amma həmin müğənninin adını indi demək istəmirəm.
Sonra bir qohumumuz mənə söylədi ki, yeni bir toy dəvəti var idi. Dedim ki, toya Elza gəlsin. Amma o kişi müğənnisi söylədi ki, Elza gəlsə, mən gəlməyəcəyəm. Ondansa mən deyən müğənnini çağır. Elə də oldu. Lakin onun istədiyi müğənni gəlib onu toyda elə bir vəziyyətə saldı k,… Sona kimi oxumadı, çıxıb harasa getdi.
Onun bu hərəkətinə görə isə bu müğənniyə söz gəldi. Bir sözlə, başına iş gəldi. Bu mövzuda mənim bildiyim və bilmədiyim nüanslar da var. Əlbəttə ki, bu dəqiqə toylar monopoliyadır. Əsas da rayon və Moskva məclisləri. Həmin toyları hansısa insanlar idarə edirlər”.
Elza ikinci dəfə ailə qurması məsələsinə isə belə münasibət bildirib:
“Elə vaxt olur ki, həyat yoldaşı insana mane olur. Var həyat yoldaşı insana dayaq olur, var da mane olur… Ailəli olanda həyat yoldaşım hətta uşaqlarımızı bağçaya belə qoymağa icazə vermirdi. Deyirdi ki, uşaqlar baxçaya getməsin, evdə otursun. Lazımsız şeylərə “yox” cavabını verirdi. O qısqanc və tərs idi. Allah bilir nəyi necə və hansı vaxtda edir. Amma uşaqlarımı atasından ayırmadım. Zaman-zaman əlaqə saxlayıb, danışırıq. O mənə istədiyi vaxt zəng vurur və biz danışırıq. Həyat yoldaşım 12 ildən sonra dayısı qızı ilə evləndi. Mən ailə qurmaq üçün hələ gəncəm. Bəstəkarlıqla məşğulam. Məndən çox ərsizlik dərdimi el çəkir. Konservatoriyada oxuduğum zaman iki övladım var idi. O qədər mənə elçi düşən olurdu ki, indi ki ulduzların çoxu buna kənardan susub, baxıblar. Mənə və bacıma da cürət edib o sözü deyə bilməyiblər”.

Latest Posts

Don't Miss