Saturday, November 23, 2024

Latest Posts

Dost idilər evlənmə xəbərləri çıxdı – Aynur bunun üçün 200 min alıb

Müğənni Niyam Salami “Günaydın, Azərbaycan” proqramında qonaq olub.

Müğənni bir vaxtlar dost olduğu və evlənəcəkləri deyilən həmkarı Aynur Dadaşova ilə bağlı sualları cavablayıb:

“Allah mənə o günü göstərməsin ki, küsdüyüm adamla barışım. Əgər mən Aynuru tanıyıramsa, yalandan ikinci dəfə saxta söhbət etməyə dəyməz. Heç vaxt onunla barışmaram. Xanım özünü xanım kimi, bəy də bəy kimi aparmalıdır. Bitdi”.

Niyam aparıcı Xoşqədəm Hidayətqızının “Aynur Dadaşova ilə ailə qurmaq planı sənin, yoxsa onun ideyası idi?” sualına belə reaksiya verib:

“Aləmi Aynur qatıb. Söhbət boşanmaya qədər uzandı. Mənim heç bu söhbətlərdən xəbərim belə yox idi. Biz gözəl layihə etməyi düşünürdük. Bu layihə üçün isə bir yerdə fotosessiya etməli idik. Həmin fotolar üçün isə Aynur gəlinlik libası geyinməli idi. Aynur çıxdı efirlərə, qatdı aləmi bir-birinə, məni də qoydu ortada. Heç bilmədim məsələ ilə bağlı nə danışım, nə deyim. 

Layihənin sponsoru vardı. Aynur bu layihədən 200 min manat qazanmaq istəyirdi. Amma mən o 200 minin “i” hərifini belə görməmişəm.

Mahnını oxumalı idik. Dedim ki, Aynur, gəl birlikdə fotosessiya edib, klip çəkdirək. Çünki bu mahnının klipi yox idi. Toy məsələsini mən qurmamışam. Hər şeyi Aynur edib. İndi özü də cavabını versin”.  

Latest Posts

Don't Miss